TELEFONQIYMETLERI.AZ - Elan yerləşdir
  • 502

One UI 8.5 ilə 4 yeni AI funksiyası gələcək!

Samsung-un növbəti böyük proqram yeniləməsi One UI 8.5 haqqında yeni məlumatlar ortaya çıxıb. Bu yeniləmə ilə ən az dörd yeni süni intellekt funksiyası əlavə olunacaq.

Hazırda One UI 8 istifadəçilərə təqdim olunmağa başlasa da, diqqət artıq One UI 8.5 versiyasına yönəlib. Gələn sızıntılar bu versiyanın əvvəlkindən daha geniş və əhatəli olacağını göstərir.

Məlumatlara əsasən, Galaxy S26 seriyası One UI 8.5 ilə qutudan çıxacaq və bu yeniləmə ilə ən az dörd yeni Galaxy AI funksiyası təqdim ediləcək.

Yeni süni intellekt funksiyaları:

  • Meeting Assist (Toplantı Yardımı): Toplantılardakı danışıq və təqdimat ekranlarını real vaxtda tərcümə edəcək.
  • Touch Assist (Dokunma Yardımı): Ekrandakı mətnləri analiz edərək oxuma effektivliyini artıracaq.
  • Smart Clipboard (Ağıllı Pano): Mətnləri özetləmə, düzəltmə, tərcümə, kopyalama və axtarış üçün ağıllı təkliflər verəcək.
  • Social Composer (Sosial Kontent İstehsalçısı): Yüklənən şəkillərə uyğun sosial media paylaşımları və başlıqlar yaradacaq, həmçinin alış-veriş tətbiqlərində edilən əməliyyatlara əsasən avtomatik rəylər hazırlayacaq.

Samsung-un əlavə süni intellekt funksiyaları üzərində də işlədiyi deyilir. Rəsmi məlumata görə, One UI 8.5 gələn ilin əvvəlində Galaxy S26 ilə birlikdə istifadəyə veriləcək.